"31 Mart-Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş anım mərasimi keçirildi

       Bu gün, "31 Mart-Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi iştirak etdilər. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

         Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Kəmalə Cabbarova, ingilis dili müəllimi Telman Rüstəmov və Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfiqə Cəfərova çıxış etdilər. Azərbaycan xalqının əsrlərlə erməni təcavüzünə məruz qaldığını, soydaşlarımızın dəfələrlə ermənilər tərəfindən soyqırımına düçar olduğunu diqqətə çatdırıldı. Bildirildi ki, ermənilər tərəfindən Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə yönəldilmiş soyqırımlar tarixdə qara ləkə, qanlı cinayətlərdir.

           Soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

https://www.facebook.com/100064083133547/videos/pcb.590920469720719/910971270157459

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#31mart

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi