IX siniflərdə məktəbdaxili monitorinq keçirildi

           30 mart 2023-cü il tarixində IX siniflərdə məktəbdaxili monitorinq keçirildi. Monitorinq tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirildi. Şagirdlər 2.5 saat ərzində açıq və qapalı test suallarını, mətn üzrə tapşırıqları cavablandırdılar. İngilis dili fənni üzrə şagirdlərə “Listening” və “Reading” materialları təqdim olundu.

           Monitorinqin əsas məqsədi şagirdlərin 09 aprel 2023-cü il tarixində olacaq dövlət imtahanına yüksək səviyyədə hazır olmaqlarını yoxlamaq və müvafiq tədbirlər görməkdir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#Monitorinq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi