"Sehirli fırça" müsabiqəsinin final mərhələsi keçirildi

          Bu gün, məktəbin informatika müəllimi Leyla Salahovanın təşkil etdiyi "Sehirli fırça" müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqə məktəbin Azərbaycan bölməsi üzrə 4-cü sinifləri arasında təşkil olunmuşdur.
Müsabiqədə məktəbin direktoru Mehriban xanım Mustafayeva, informatika fənni üzrə metodbirləşmə sədri Xanım Əliyeva, informatika müəllimi Şəhla Məmmədova və uşaq birliyi rəhbəri Sevinc Nadirova iştirak etdilər.
             Şagirdlər 15 dəqiqə ərzində MS Paint proqramında öz xəyallarında canlandırdıqları rəsmləri çəkib təqdim etdilər.
            Uşaqların bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirildi və məktəbin direktoru tərəfindən Fəxri fərmanla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi