Novruzun axırıncı çərşənbəsi – İlaxır çərşənbə qeyd edildi

             Dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramı ölkəmizdə həmişə təntənə ilə qeyd edilir. Bu gün, 264 nömrəli məktəb-liseydə ilaxır çərşənbə qeyd edildi. Şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi. Maraqlı səhnəciklər, rəqslər təqdim edildi. Novruzun əsas personajlarından Bahar qızının təbriki, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri, şagirdlərin milli adət-ənənələrimizi öyrənib təqdim etməkləri hər kəsdə xoş əhval-ruhiyyə yaratdı.

              Məktəbin direktoru Mehriban xanım Mustafayeva bayram münasibətilə məktəb kollektivini və şagirdləri təbrik edib, onlara ən xoş arzularını çatdırdı.

              Daha sonra bir qrup müəllim və şagirdlər şəhid ailələrini, qaziləri və veteranları ziyarət etdilər.

https://www.facebook.com/100064083133547/videos/192246033515514

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#novruzbayramı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi