Beynəlxalq yarışlarda uğur qazanan şagirdlər

         Bu gün, məktəbin idman nailiyyətləri yüksək olan şagirdlərindən yazacıq. Yaşlarının az olmasına baxmayaraq idmanın müxtəlif növləri üzrə məşğul olan 7 d sinif şagirdləri Aliksey Lapayev, Nəzrin Mamayeva və Araz Mirzəxanlı artıq neçə illərdir ki, idmanla məşğul olurlar.

        Lapayev Aliksey 7 yaşından şotokan karate idman növü ilə məşğul olur. O artıq 6 ildir ki, yarışlarda iştirak edir və dəfələrlə I yerə layiq görülmüşdür. Aliksey Respublika üzrə keçirilən yarışlarda 2 dəfə I yerə layiq görülüb.

2021-ci ildə İstanbul şəhərində 11-ci Dünya şotokan karate çempionatlığında (10-11 yaş arası) iştirak etmiş, 1 bürünc və 2 qızıl medal qazanmışdır.

        Digər idmançımız Mamayeva Nəzrin şotokan karate idman növü üzrə yarışlarda iştirak edərək dəfələrlə I-II yerə layiq görülmüşdur. Nəzrin Mamayev Respublika üzrə keçirilən yarışlarda I-III yerləri qazanmışdır.

2021-ci ildə İstanbul şəhərində 11-ci Dünya şotokan karate çempionatlığında iştirak etmiş, III yerə sahiblənmiş və bürünc medal qazanmışdır.

       Daha bir idmançımız Mirzəxanlı Araz kempo idmançı növü ilə məşğul olur. İdmançımız bir neçə dəfə Respublika üzrə keçirilmiş yarışlarda birincilik qazanmışdır.

A.Mirzəxanlı 2017 ilin ən yaxşı idmançısı adını almış və fəxri fərmanla təltif olunmuş, 2018-Avropa çempionatlığında I yer tutaraq medal və kəmər qazanmış, 2019-cu ildə Bakıda keçirilmiş (+35 kq çəki 9-10 yaş) Avropa çempionatlığında I yerə layiq görülmüşdür. Araz seminarlarda nümunəvi çıxışlar və döyüş qaydaları üzrə bacarıq göstərərək II yerə layiq görülmüşdür.

Məktəbin direktoru Mehriban xanım Mustafayeva və sinif rəhbərləri Aynur Muradova tərəfindən şagirdləri təbrik edir, uğurlar arzulayırıq.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#gənclərvəidmannazirliyi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi