Zərərli vərdişlərə yox deyək!

              Cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.

Bu gün 264 nömrəli məktəb-liseydə "Zərərli vərdişlərə yox deyək!" adlı tədbir keçirildi.Tədbirdə Xətai RPİ-nin rəisi polis polkovniki Cənab Vaqif Müslümov, Xətai RPİ-nin şəxsi heyyəti üzrə köməkçisi polis polkovniki-leytenantı Cənab İdris Məmmədov, Xətai rayonu polis idarəsinin yetkinlik yaşına çatmayanlar idarəsinin əməkdaşları, Xətai rayonu İcra hakimiyyətinin siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova və psixoloq Könül Telmanqızı iştirak etdilər.

                Tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaq, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah etməkdir.

               Tədbirin sonunda məktəb-lisey şagirdləri kiçik səhnəcik nümayiş etdirdilər.

https://www.facebook.com/100064083133547/videos/721172412811906

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#xətairayonicrahakimiyyəti

#XətaiRPİ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi