"Ekoloji problemlər və onların aradan qaldırılması yolları" mövzusunda tədbir keçirildi

       02.03.2023-cü il tarixində "Ekoloji problemlər və onların aradan qaldırılması yolları" mövzusunda tədbir keçirildi. Əsas məqsəd ekoloji mühitin çirkləndirilməsinə  səbəb olan amillərin aradan qaldırılması onlara qarşı mübarizə tədbirləri görmək idi.

     Giriş sozünü açan biologiya müəllimi İlhamə Niftəliyeva ətraf mühitin canlılara təsiri haqqında geniş məlumat verərək bildirdi ki, son illər ekoloji mühitdə baş verən dəyişikliklər insan və heyvanlara öz təsirini qabarıq şəkildə göstərməkdədir. Qəbul etdiyimiz ərzaq məhsullarının nəsil artımına

təsiri güclüdür. Bu da nəsil törətmək qabiliyyətini zəiflədir.

         9"b" sinif şagirdi Tağıyev İlkin bildirdi ki, bu gün qlobal ekoloji problem halına gəlmiş su çatışmamazlığını aradan qaldırmaq üçün, dəniz və okeanlardakı duzlu suları distillə etmək lazımdır. Bunun üçün külli miqdarda enerji lazımdır. Bu enerji üçün isə faydalı iş əmsalı 100%dən böyük enerji metodlarını kəşf etmək lazımdır. Bu kəşfləri etmək üçün isə yaradıcı düşünən insanlara və fiziklərə müraciət etmək lazımdır.

https://www.facebook.com/100064083133547/videos/729790065281766/

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi