"1-mart Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar tədbirlər keçirildi

 

 

         Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd olunur. Bu münasibətlə 01 mart tarixində məktəbimizdə "1 Mart-Ümumdünya Mülki Müdafiə Günü" keçirildi.

Məktəbin hərbi müəllimi Dadaş Səfərov mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verdi. Müəllim şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verdi. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah etdi. 11-ci sinif şagirdləri hazırladıqları fəlakət zamanı baş verəcək təhlükəli halları, ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.

Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#MülkiMüdafiəGünü

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi