Direktoryanı iclas keçirildi

         Məktəbimizdə şagird davranış qaydalarının tətbiqinə artıq bir neçə gündür başlanılıb. Bu istiqamətdə məktəbdə müəllim kollektivi və valideyn komitə üzvləri ilə pedaqoji şura iclası keçirildi, NİŞ tərkibi müəyyənləşdirildi, sinif təşkilat saatları təşkil olundu, sinif rəhbərləri və psixoloq şagirdləri "Şagird davranış qaydaları" ilə tanış etdilər, hər sinif üzrə şagird davranış qaydaları jurnalı tətbiq edildi, sinif otaqlarında və məktəbin dəhlizlərində şagird davranış qaydaları asıldı.

       27 fevral tarixində nizam intizam şura üzvləri ilə direktoryanı iclas keçirildi. Məktəbin direktoru M.İ.Mustafayevaya görülən işlər barəsində məlumat verildi. Direktor qarşıda duran işlər barəsində iş bölgüsü apardı. Məqsəd əlverişli öyrənmə mühiti, fiziki təhlükəsizlik, psixoloji sağlamlıq, Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti yaratmaqdır.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi