"Şəhidlik əbədi zirvədir" adlı tədbir keçirildi

    27.02.2023-cü il tarixində 264 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Azadə Süleymanova 8 A sinfində şəhid Aqşin Abdullayevin xatirəsinə həsr olunmuş "Şəhidlik əbədi zirvədir" adlı tədbir keçirdi. Şəhid Aqşin Abdullayevin 25.02.2017-ci ildə adsız yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olduğuna dair 8 A şagirdləri ətraflı məlumat verdilər. Mayor Aqşin Abdullayev kəşfiyyatçı kimi xidmət göstərərək vətən bayrağını ucalara qaldırmışdır. Şəhidimizin övladı Nərmin 8 A sinfində təhsil alır, dərs əlaçısıdır. Şagirdlər şəhidin xidməti ilə bağlı məlumatları çatdırmaqla bərabər, şəhidlərimizə həsr olunmuş şeirləri də söylədilər. Sonda sinif şagirdləri "Şəhidlik əbədi zirvədir" şüarı ilə tədbirə yekun vurdular.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

https://www.facebook.com/100064083133547/videos/pcb.572118114934288/1579723652523683

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi