Məktəbimizdə “Şəhidlər unudulmur” layihəsi tətbiq olundu

         264 nömrəli məktəb-liseydə Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi həyata keçirildi.

      Məktəbin direktoru Mehriban xanım Mustafayevanın təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsinə əsasən məktəbimizdə Xətai rayon üzrə "44 Günlük Vətən Müharibəsi"ndə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş, qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə lövhələri sinif otaqlarının qapıları üzərinə həkk edildi.

       Sinif otaqlarına şəhidlərimizin adlarının verilməsi, siniflərdə yaradılmış guşələrdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı ətraflı məlumatlandırılmaları barədə davamlı işlər aparılır.

https://www.facebook.com/100064083133547/videos/726535708919275

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#ŞƏHİDLƏRUNUDULMUR

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi