XOCALINI UNUTMA! adlı tədbir keçirildi

    24 fevral 2023-cü il tarixində 264 nömrəli məktəb-liseydə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xocalını unutma!" adlı anım tədbiri keçirilib. Anım tədbirində məktəb kollektivi o cümlədən 1-ci və 2-ci Qarabağ müharibə iştirakçıları qazi Nazim İsmayılov, qazi Səxavət İsgəndərov və Vəsilə Məmmədova iştirak etdilər.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edildi. Şagirdlərin ifasında şeirlər səsləndi, səhnəciklər təqdim edildi.Xocalı faciəsinə həsr olunmuş videoçarx və qısa film izlənildi. Məktəbin direktor müavini Leyla Cəbrayılova, tərbiyə işləri üzrə direktor müavini Kəmalə Cabbarova faciə ilə bağlı çıxış etdilər. Sonda məktəbin direktoru Mehriban xanım Mustafayeva çıxışında bildirdi ki, xalqımızın milli yaddaşına həkk olunmuş Xocalı soyqırımı unudulmayacaq, daim xatırlanacaq.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

https://www.facebook.com/100064083133547/videos/pcb.570581198421313/860616075025307

https://www.facebook.com/100064083133547/videos/pcb.570581198421313/899576627861068

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi