Məktəbimizdə pilot layihənin tətbiqi üzrə tədbirlər həyata keçirilir

         22.02.23-cü il tarixində "Ümumtəhsil məktəblərində şagird davranış qaydaları" pilot layihə tətbiqi ilə bağlı pedaqoji şura iclası keçirilmişdir. İclasda rəhbərlik, müəllim kollektivi və valideyn komitə üzvləri iştirak etmişdir. Qaydalarla bağlı məlumat hər kəsin diqqətinə çatdırılmışdır. 23.02.23-cü il tarixdən məktəbimizdə layihə ilə bağlı işlər görülməyə başlanmışdır. Belə ki, bu gün 6-11 siniflərdə son dərslər sinif saatı kimi təşkil olundu. Sinif rəhbərləri şagirdləri layihə ilə tanış edərək, onların hüquq və vəzifələrini izah etdilər. Sinif otaqlarında, ictimai lövhədə, dəhlizlərdə şagird davranış qaydalar asıldı. Sinif rəhbərlərinə tapşırılan sinif davranış jurnalı tərtib olundu.

https://www.facebook.com/100064083133547/videos/pcb.570168421795924/1163326007708161

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi