"Xocalı soyqırımı-tarixin qan yaddaşı" adlı dəyirmi masa keçirildi

        Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı dünya tarixinin ən qorxulu, kütləvi terror aktlarından biridir. 264 nömrəli məktəb-liseyin Azərbaycan dili müəllimləri Bayramova Aytən və Musayeva Naibə faciənin ildönümü ilə bağlı olaraq 6 "d" sinfinin şagirdləri ilə "Xocalı soyqırımı-tarixin qan yaddaşı "adlı dəyirmi masa təşkil etdilər. Xocalı faciəsinin qurbanlarınının ruhu ehtiramla yad edildikdən sonra şagirdlərin soyqırımla bağlı hazırladıqları esselər oxundu və müzakirə edildi. Musayeva Naibə erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığı haqqında məlumat verdi. Sinif rəhbəri Baqyramova Aytən soyqırımla bağlı videolar nümayiş etdirib, tarixi faktlardan nümunələr gətirərək şagirdləri unutqan olmamağa, tarixin ibrət dərslərindən nəticə çıxarmağa çağırdı.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi