Pedaqoji şura iclası keçirildi

           Azərbaycan Respublika Elm və Təhsil Nazirliyinin qərarı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 62 ümümi təhsil müəssisəsində pilot layihə kimi "Ümumtəhsil məktəblərində şagird davranış qaydaları" tətbiq olunmağa başlayıb. Bu məktəblərdən biri də 264 nömrəli məktəb-liseydir. Bu məqsədlə 22.02.23-cü tarixdə pedaqoji şura iclası keçirildi. İclasda məktəb rəhbərliyi, müəllim kollektivi və valideyn komitə üzvləri iştirak etdilər. Direktor Mehriban Mustafayeva çıxış edərək ümümi təhsil müəssisələrində şagird davranış qaydaları üzrə sənədləri hər kəsin diqqətinə çatdırdı.

         Təhsilalanların hüquq və vəzifələrini izah etmək məqsədilə ümumi təhsil müəssisələrində nizam-intizamı tənzimləyən qayda və prosedurlar müəyyən edilmişdir. Bu məqsədlə məktəbdə 7 nəfərdən ibarət Nizam-İntizam Şurası yaradıldı. Məktəbin direktoru Mehriban Mustafayeva, Uşaqlarla Tərbiyə İşləri üzrə direktor müavini Kəmalə Cabbarova, UBTR rəhbəri Nadirova Sevinc, psixoloq Sevinc Hüseynova, ingilis dili müəllimi Telman Rüstəmov, məktəb Həmkarlar təşkilatının sədri Turan Salehova və valideyn komitəsi sədri Həcər Qurbanova Nizam-İntizam Şurasının üzvləri seçildi. Məqsəd Azərbaycanın milli-mənəvi dəyərlərni özündə əks etdirən müvafiq məktəb mühiti yaratmaqdır.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi