"Ana dilimiz milli sərvətimizdir" adlı tədbir keçirildi

           21.02.2023-cü il tarixində 264 nömrəli məktəb-liseyin direktor müavini Leyla Cəbrayılovanın təşkilatçılığı və rəhbərliyi ilə " 21 fevral-Beynəlxalq Ana dili Günü"nə həsr olunmuş "Ana dilimiz milli sərvətimizdir" mövzusunda tədbir keçirildi.

        Tədbirdə iştirak edən şagirdlər dilimizin zənginliyi, ahəngdarlığı və gözəlliyi haqqında danışdılar. Mir Cəlalın "İtə ataram, yada satmaram" əsəri 4-cü sinif şagirdləri tərəfindən səhnələşdirilib tamaşaçılara təqdim olundu. Şagirdlərin hazırladıqları Azərbaycanın səfalı yerlərini özündə əks etdirən videoçarx nümayiş etdirildi. Biri-birindən maraqlı kompozisiya, mahnı və rəqslər tədbirdəki tamaşaçılar tərəfindən bəyənildi və alqışlandı.

           Sonda söz məktəbin direktoru Mehriban xanım Mustafayevaya verildi.

          Mehriban xanım belə tədbirlərin keçirilməsinin şagirdlər üçün önəmli olmasını vurğuladı, bu cür maraqlı tədbir ərsəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

https://www.facebook.com/100064083133547/videos/pcb.567929565353143/1480483092479013

https://www.facebook.com/100064083133547/videos/pcb.567929565353143/982815569349220

https://www.facebook.com/100064083133547/videos/564931795696434

https://www.facebook.com/100064083133547/videos/pcb.567929565353143/747553950083641

https://www.facebook.com/100064083133547/videos/pcb.567929565353143/1323089495090816

https://www.facebook.com/100064083133547/videos/pcb.567929565353143/703363267938330

https://www.facebook.com/100064083133547/videos/pcb.567929565353143/625428069494306

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi