Abdulla Şaiqin Mənzil Muzeyinə ekskursiya

      21 Fevral " Beynəlxalq Ana dili Günü" münasibətilə 3"a" və 3"ç" sinfi, sinif rəhbərləri Arzu Sarıyevanın və Elnarə Abdurəhmanovanın təşəbbüsü ilə Abdulla Şaiqin ev muzeyini ziyarət etdilər. Abdulla Şaiq Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmışdır. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. Abdulla Şaiqin uşaqlar üçün yazdığı şeirləri, pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.

     Şagirdlər Abdulla Şaiqin həyat və yaradıcılığı ilə yaxından tanış oldular. Şairin uşaqlar üçün yazdığı bir çox əsərlərə çəkilmiş illüstrasiyalar nümayiş olundu. Uşaqlar Abdulla Şaiq haqqında maraqlı məlumatlar və şəkillərlə tanış oldular. Fevralın 24-ü 142 illik yubileyi qeyd olunan şairin şeirlərini söyləməklə xatirəsini yad etdilər. Ekskursiya çox maraqlı keçdi.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#AbdullaŞaiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi