Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı məktəbimizdə görüş keçirib

          Bu gün, Yeni Azərbaycan Partiyasının Xatai rayon təşkilatının sədri Vüqar Rəhimzadə məktəbimizdə görüş keçirib. Görüşdə çıxış edən Vüqar Rəhimzadə müasir müstəqil, qalib Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Azərbaycanın müstəqillik tarixinin hər bir səhifəsinin vərəqlənməsində, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin təhlilində əhəmiyyətli rol oynayacaq. Ümummilli Liderin fəaliyyətinin hər bir istiqaməti tədqiqat mövzusudur.

          Görüşlərdə digər çıxış edənlər ərazi partiya təşkilatlarının qarşısında dayanan vəzifələrdən söz acaraq bildiriblər ki, YAP Xətai rayon təşkilatının 137 ərazi partiya təşkilatında birləşən 20 minə yaxın üzvün hər biri ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin fəal təbliğatçılarıdırlar.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#YAP

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi