Vətən müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun anım günü qeyd olunub

           Noyabrın 18-də məktəbimizin məzunu, Vətən müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun anım günü qeyd olunub. Anım günü ilə əlaqədar G.Mehmandarov küçəsində adını daşıyan parkda xatirə lövhəsinin qarşısında tədbir təşkil olunub.

         Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Dövlət Təhlükəsizlik Xidmətinin H.Əliyev adına Akademiyasının rəisi Allahverən İsmayılov, 264 nömrəli məktəb-liseyin direktoru Sevda xanım Qocayeva, döyüş yoldaşları, ailə üzvləri, müəllim və şagirdlər iştirak ediblər.

              Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.

               Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndirilib.

          Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi