Əsgərlə görüş

         12 noyabr tarixində 264 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi Asya Şeydayevanın rəhbərliyi ilə 3"q"sinif şagirdlərinin Qarabağ müharibəsində Zəfər çalmağımızın səbəbkarlarından biri, İgid və cəsur əsgərimiz Rzayev Polad Tofik oğlu ilə görüş təşkil edilmişdir. Görüşdə təlim-tərbiyə üzrə direktor müavini-Leyla Cəbrayılova qonaqları salamlamış, bu cür görüşlərin şagirdlərimizin vətənpərvərlik ruhunda yetişməsində böyük rolu olduğunu xüsusilə vurğulamışdır.
          Şagirdlər çox böyük maraqla qəhrəman əsgərimizin keçdiyi döyüş yolu haqqında söylədiklərini dinləmiş, ona öz suallarını ünvanlamışdılar. Polad Rzayev səmimiyyətlə şagirdlərin bütün suallarını cavablandırmış, gələcəkdə onların yerini tutacaqlarına əmin olduğunu bildirmişdir. 3"q" sinif şagirdi Məmmədzadə Fatimə şeir söyləmiş, sonda fədakar qonağımıza sinif adından hədiyyə təqdim olunmuşdur.
        Belə səmərəli və şagirdlərimiz üçün əhəmiyyətli görüş 3"q"sinfinin valideyni Nazim Məmmədovun təşkilatçılığı ilə ərsəyə gəldiyi üçün ona məktəb kollektivi adından təşəkkürümüzü bildiririk. Biz igid, dəyanətli əsgərlərimizlə fəxr edirik!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi