YAY MƏKTƏBİ

             17.06.2021-ci il tarixdə 264 nömrəli məktəb-liseydə "Yay məktəbi"nin açılışına həsr olunmuş tədbir keçirildi. Məktəbin direktor müavini Leyla Cəbrayılova yay məktəbinin şagirdlər üçün önəmli və lazımlı olması barədə danışdı və onu da qeyd etdi ki, yay məktəbi sosial əlaqələrin inkişafına, çətin mövzuların öyrənilməsinə zəmin yaradacaq. Şagirdlərin bilik və bacarıqlarının daha da möhkəmlənməsində yay məktəbinin çox böyük rolu vardır.
            Məktəbin direktoru Sevda xanım Qocayeva şagirdləri  açılış münasibətilə təbrik etdi, pandemiya dövründə çətinliklərin olduğunu və yay məktəbinin bu çətinliklərin aradan qaldırılması üçün çox yararlı olacağını söylədi.
               Tədbirdə 1b, 2a, 2c, 2e, 2d, 3b, 3e, 3c, 3d, 4c sinif şagirdlərinin rəngarəng çıxışları: rəqs, mahnı və şeirləri hər kəsin zövqünü oxşadı. Şagirdlər çox sevindilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi