Son zəng keçirildi

        14 iyun 2021-ci il tarixində 264  nömrəli məktəb-liseydə “Son zəng” keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Sevda xanım Qocayeva məzunları təbrik etdi və onlara uğurlar arzuladı. Sevda xanım buraxılış imtahanlarından yüksək nəticə toplayan məzunları Fəxri fərmanla təltif etdi. Daha sonra söz sinif rəhbərlərinə verildi. Müəllimlər məzunlara öz ürək sözlərini söylədilər.  Məzunların hazırladıqları mahnı və rəqslərlə tədbir daha da rəngarəng keçdi.

11-ci sinif şagirdləri  rəmzi "bilik açarı"nı 10-cu sinif şagirdlərinə təqdim etdilər.

           Tədbirin sonunda “Son zəng” çalındı və səmaya sülh rəmzi olan ağ göyərçinlər buraxıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi