261 nömrəli məktəb-liseydə Dövlət Bayrağı Günü qeyd olunub.

261 nömrəli məktəb-liseydə 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar tədbir keçirilib.Tədbirdə şagirdlər çox fəal iştirak etmişlər.Sinif otağı divar qəzetləri ilə bəzədilmiş,şagirdlərin əl işləri sərgilənmişdir.Tədbir Azərbaycan Dövlət Himni ilə başlamış və məktəbin İngilis dili müəllimiHəsənova Aytən və Ədəbiyyat müəllimi Əliyeva Xədicə bayrağımız haqqında məlumat vermişlər.Şagirdlərin ifasında şeirlər dinlənilmiş,Vətən,torpaq haqqında atalar sözləri deyilmişdir.Tədbirdə Səməd Vurğunun”Azərbaycan”şeiri Azərbaycan və İngilis dilində deyilmişdir.Bayrağa,Vətənə aid şeirlər ifa olunmuşdur.Şagirdlərin ifasında”Azərbaycan”və”Azadlıq marşı”mahnıları ifa olunmuşdur.Tədbirdə 5ç sinif şagirdləri fəal iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi