Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.07.2017-ci il tarixli 150 nömrəli əmri ilə təsdiq edilmiş,”Oxuyub anlama bacarıqlarının öyrənilməsinə dair vasitələr”adlı metodik vəsait hazırlamış müəllimlərimiz

Qurbanova Təranə Söhrab qızı və Şahbazova Qənirə Almurad qızı 2016-2017-ci tədris ilinə öz uğurları ilə başlamışlar.Beləki,onlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.07.2017-ci il tarixli 150 nömrəli əmri ilə təsdiq edilmiş,”Oxuyub anlama bacarıqlarının öyrənilməsinə dair vasitələr”adlı metodik vəsait hazırlayıb dərc etmişlər.Metodik vəsait Azərbaycan dili fənni üzrə təhsil proqramının(kurikulumunun) IV və VI sinifləri üçün”Oxu”məzmun xətti əsasında hazırlanmışdır.Bu kitab respublikamızda həyata keçirilən qiymətləndirmə siyasətinə dəstək,şagirdlərin oxuyub-anlama qabiliyyətinin təkmilləşdirilməsinə kömək məqsədi daşıyır.Xatırladaq ki,Qurbanova Təranə 2012-2013-ci tədris ilində keçirilmiş”Ən yaxşı müəllim”müsabiqəsinin qalibi olmuşdur.Şahbazova Qənirə”Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs”nominasiyası üzrə fərqləndiyinə görə diplomla təltif olunmuşdur.Kollektiv adından onları təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi