Əhməd bəy Ağaoğluna həsr olunmuş ”Ən yaxşı təqdimat”

“Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında”  Azərbaycan Respublikası Prezidenti 10 aprel 2019-cu il tarixli, 1109 nömrəli Sərəncam imzalayıb. Azərbaycan Respublikası Təhsil naziri 03.07.2019-cu il tarixli F-408 nömrəli əmrinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Tədbirlər Planı hazırlanıb.

Bu Tədbirlər Planına əsasən oktyabrın 7-də məktəbdə 9 ”b” sinfində dahi Azərbaycan mütəffəkiri Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibəti ilə təqdimat  keçirilib. Azərbaycan dili və ədəbiyyat  müəllimi Gülanə Şirəliyevanın rəhbərliyi ilə keçirilən təqdimatı 9 “b” sinif şagirdləri Cavid Həsənov və Mərmər Tağılı təqdim edib.

Təqdimatda Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı, onun Azərbaycan  tarixində rolu və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib. Gülanə Şirəliyeva bildirib ki, Əhməd bəy Ağaoğlu Fransada təhsil aldıqdan sonra 1896-cı ildə Şuşaya qayıdaraq orada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlib “Kaspi” qəzetində məqalələr yazıb. O həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetində redaktor vəzifəsində  çalışıb.

Daha sonra şagirdlərin mövzu haqqında təqdimatları elektron lövhədə nümayiş olunub və şagird Nuray Hüseynova  “Çırpınırdı Qara dəniz” mahnısını ifa etməklə dərsi daha da  maraqlı edib.

 Sonda məktəbin direktor və müavinləri təqdimat haqqında öz rəylərini söyləyərək təşəkkürlərini bildiriblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi