Məktəbdə Beynəlxalq Müəllimlər Günü

Oktyabrın 4-də məktəbdə 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir və şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin birinci hissəsi məktəbin həyətində baş tutub. Tədbiri giriş sözü ilə məktəbin direktoru Kəmalə Quliyeva açıb. O, təhsil sahəsində həyata keçirilən islahatlardan, dövlətin müəllimlərə göstərdiyi qayğıdan danışaraq, müəllim kollektivini peşə bayramı münasibəti ilə təbrik edib, onlara müəllim adının saflığını, yüksəkliyini qorumağı və təhsil sahəsində böyük nailiyyətlər əldə etməyi arzulayıb.

Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Abdurahmanova Ümummilli lider Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” statını gətirərək müəlim heyətini təbrik edib.

Daha sonra tərbiyə işləri üzrə direktor müavini Tahir Səmədov çıxış edərək, bütün pedaqoji heyəti təbrik edib, müəllimlərə şagird fəxrlərinin çox olmasını və həmişə şagirdlərinin onların adlarını uca etməsini arzulayıb.

Məktəb rəhbərliyinin çıxışlarından sonra ibtidai sinif müəllimi Arzu Əzizovanın təşkilatçılığı ilə 4 “a” sinif şagirdləri müəllimə həsr olunan şeirlər, mahnılar ifa ediblər.

Tədbir daha sonra məktəbin akt zalında davam edib. Arzu Əzizova tədbirdə iştirak edən hər kəsə və xüsusilə müəllim işlədiyi dövrlərdə ona yol göstərən, kömək olan müəllimlərə öz minnətdarlığını bildirib.

Sonda Beynəlxalq Müəllimlər Gününə həsr edilən şagirdlərin əl işlərindən və rəsmlərindən ibarət sərgi nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi