Badminton üzrə Bakı çempionatı keçirilib

21-24 iyun tarixlərində paytaxtın 1 saylı İdman Liseyinin yeni istifadəyə verilmiş badminton zalında Bakı şəhər çempionatı keçirilib.

Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib. 5 kateqoriya üzrə 36 badmintonçunun iştirak etdiyi yarış şəxsi oyunarda dairəvi, qoşalarda isə olimpiya sistemi üzrə keçirilib.

Çempionatda iştirak edən məktəbin şagirdi Rəvan Niftalıyev qoşada III, şəxsidə IV və qarışıq-qoşada II yer tutub.

İlk 3 yerin sahibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi