“Valideynin məktəbdə bir günü” adlı layihə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019-cu il tarixli F-66 №-li əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsinin keçirilməsinə başlanılıb. Layihənin məqsədi valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastuktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır.

Fevralın 15-də məktəbdə bu layihə çərçivəsində “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə məktəb rəhbərliyi, valideynlər və müəllim kollektivi  iştirak edib.

Tədbirin əvvəlində məktəbin direktoru Qiyas Quliyev valideynlərə bu layihə haqqında məlumat verib və valideyn-şagird-müəllim münasibətinə göstərəcəyi təsirlərdən, əhəmiyyətindən danışıb. Qeyd edib ki, valideynlər övladlarının yaxşı təhsil almalarında böyük rol oynayırlar. Bəzən onların təlim, təhsil inkişafında yardımçı olmaq istəsələr də bunu necə etməli olduqlarını bilmirlər. Bu baxımdan belə layihələrin həyata keçirilməsi məqsədəuyğundur. Valideynlərin məktəb kollektivi ilə müntəzəm əlaqədə olması şagirdlərin təlim-tərbiyəsinə, etik davranış qaydalarına, dərslərdə davamiyyətin artmasına və dərslərə hazırlıq səviyyəsinin yüksəlməsinə böyük təsir edəcəkdir.

Daha sonra valideynlər sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, tibb otağı, idman zalı, məktəb kitabxanası və yeməkxanası ilə tanış olublar. Valideynləri maraqlandıran suallar cavablandırılıb. Dərs müşahidələri zamanı müəllimlərin dərsi yeni üsul və metodlarla keçmələri valideynlərin diqqətini cəlb edib və onlar bunu müsbət qiymətləndiriblər.

Tədbirin bədii hissəsi akt zalında davam edib. Şagirdlərin rəngarəng çıxışları böyük maraq və alqışla qarşılanıb. Tədbirin sonunda Azərbaycan bayrağı ilə ibtidai sinif şagirdlərinin ifa etdiyi mahnı hər kəsi çox duyğulandırıb.

Valideynlər bu layihənin həyata keçirilməsini yüksək qiymətləndirib və keçirilən tədbir barədə müsbət rəylərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi