2018/2019-cu tədris ilinin ilk dərs məşğələsi

Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinə əsasən məktəbimizdə ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olundu. Bu mövzuların keçirilməsində məqsəd şagirdlərimizin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsidir.

İbtidai siniflərdə “Vətənim Azərbaycan” mövzusu ilə bağlı slaydlar nümayiş olundu, esselər yazıldı, şagirdlər tərəfindən şeirlər söylənildi.

V-IX siniflərdə dövlət rəmzlərimiz olan bayraq və gerbimiz nümayiş olundu, himnimiz səsləndirildi, bu rəmzlərin yaranışı və quruluşu haqqında söhbətlər aparıldı.

Yuxarı siniflərdə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, 15 sentyabrda keçirilən Bakının bolşeviklərin işğalından azad olunmasına həsr olunmuş hərbi paraddan danışıldı, müzakirələr aparıldı. Söhbət zamanı Bakının azad olunmasında qardaş ölkə Türkiyənin təmənnasız yardımı, Nuri Paşanın və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu xüsusi ilə vurğulandı.

Direktor müavini Sevil Abdurahmanova  tərəfindən müvafiq mövzular üzrə təşkil edilən ilk dərs məşğələsi səmərəli və yaddaqalan oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi