Məzunlarımızla fəxr edirik!

Məktəbimiz üzrə 2017/2018-ci tədris ilində IX sinfi bitirən 49 məzundan 5 nəfər ümumi orta təhsil haqqında, XI sinfi bitirən 36 məzundan 3 nəfər tam orta təhsil haqqında fərqlənmə attestatı aldı. Məktəbimiz üzrə ali təhsil müəssisələrinə qəbul göstəricisi 47 faiz oldu. Onlardan 3 nəfər 600-dən yuxarı bal topladı. Məktəbi fərqlənmə attestatı ilə bitirən Əliyeva Aygül Qalib qızı 645 balla Azərbaycan Dövlət Dillər Universitetinə, Zeynallı Günel Yalçın qızı 646 balla Azərbaycan Dövlət İqtisad Universitetinə, Nəzərli Nigar Sadiq qızı 688 balla Bakı Dövlət Universitetinə qəbul oldular. Məktəbimizin direktoru Qiyas Quliyev, direktor müavini Sevil Abdurahmanova və sinif rəhbəri Nazilə Məmmədova həmin məzunları təbrik edib, onlara uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi