15 sentyabr-"Bilik günü"dür

Sentyabrın 15-də məktəbimizdə “Bilik günü” qeyd olundu. Tədbirin əvvəlində Dövlət himni səsləndirildi. Müəllim kollektivinin və şagird heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Qiyas Quliyev açdı. O, yeni tədris ilinin başlanması ilə əlaqədar şagirdləri və müəllimləri təbrik etdi və onlara uğurlar arzuladı. Qiyas Quliyev qarşıya qoyulan məqsədlərdən, dövlətimizin təhsilə, Xətai Rayon İcra Hakimiyyətinin isə məktəblərə göstərdiyi qayğıdan və Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrasından danışdı.

Sonra direktor müavini Sevil Abdurahmanova valideynləri və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik etdi. Daha sonra təbrik üçün söz valideynlərə verildi. İlk dəfə məktəbə qədəm qoyan birincilər şeirlər ifa etdilər.

Tədbirin sonunda məktəbin I və XI sinif şagirdləri ilk zəngi səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi