“Vətənim Azərbaycandır” mövzusunda inşa müsabiqəsi keçirildi

 Məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər, esselər, divar qəzetlərinin nümayişi keçirilir. Aprelin 18-də məktəbimizin VII-VIII sinifləri arasında direktor müavini Sevil Abdurahmanovanın təşkilatçılığı ilə “Vətənim Azərbaycandır” mövzusunda inşa müsabiqəsi keçirildi. Məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərlik ruhunda tərbiyə etmək, onlara doğma respublikamızın tarixini, mədəniyyətini və milli irsini öyrətmək idi. Müsabiqədə Azərbaycan tarixinin şanlı səhifələrinə, müstəqilliyimiz yolunda canından keçmiş qəhrəmanların mübarizə yoluna həsr olunmuş esselər iştirak etdi. Ən yaxşı inşa müəllifləri mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi