“Təbiətin canlı təhlükələri” mövzusunda nümunəvi dərs keçirilib

Məktəbimizdə keçirilən növbəti nümunəvi dərs aprelin 17-də 8a sinfində təşkil olunub. Aynur Mirzəyevanın rəhbərliyi ilə həyat bilgisindən keçirilən nümunəvi dərsin məqsədi şagirdlərin dərsə marağını və qrup işinin təşkilini yoxlamaq olub. “Təbiətin canlı təhlükələri” adı altında keçirilən dərsdə elektron lövhə, dərslik və iş vərəqlərindən istifadə edilib. Qruplara bölünən şagirdlər əvvəlcədən layihə üzrə hazırladıqları işləri haqqında geniş məlumat veriblər. Həmin işləri təhlil edib və onun ətrafında müzakirələr aparıblar. Təqdim olunan layihələrdə zəhərli heyvanların təbiətdəki rolundan, onların zərər və faydalarından və onları qorumağın vacibliyindən danışıblar. Şagirdlər mövzu ilə bağlı hazırladıqları slaydları elektron lövhədə nümayiş etdiriblər.

Dərsdə iştirak edən direktor müavini Sevil Abdurahmanova şagirdlərin fəallığından razı qaldığını bildirib, onların təhliletmə və təqdimetmə bacarığını, vaxtdan səmərəli və düzgün istifadə olunmasını müsbət qiymətləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi