Şagirdlərimiz "Bayrağımız Qürurumuzdur" adlı rəsm aksiyasında iştirak ediblər

Noyabrın 8-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan "Bayrağımız Qürurumuzdur" adlı asfalt üzərində rəsm aksiyası keçirilib. Bu rəsm aksiyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,  Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi,  Xətai Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunub. Məktəbimizin istedadlı şagirdəri də həmin rəsm aksiyasında iştirak ediblər. I sinif şagirdi Məmmədova Nuray Elxan qızı, II sinif şagirdi Pirili Aysel Azad qızı, V sinif şagirdi Pirili Aytac Azad qızı asfalt üzərində bayrağa aid rəsmlər çəkiblər. Şagirdlərimiz fəal iştiraklarına görə diplomla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi