17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirildi

Noyabrın 14-də məktəbimizdə 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirildi. Öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı, sonra aparıcı şagirdlər giriş sözləri ilə bildirdilər ki, Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olundu. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Məhz o gündən indiyə qədər 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur. Daha sonra VII sinif şagirdlərinin bir-birindən maraqlı, rəngarəng çıxışları oldu. Şagirdlər vətənə, dövlətimizə, şəhidlərimizə həsr olunan şeirlər və mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi