“Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirildi

8 noyabrda məktəbimizdə “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirildi. Məktəbin tarix müəllimi Xalidə Muradovanın təşkilatçılığı ilə 9b sinif şagirdləri uşaq hüquqları və onların müdafiəsi mövzusunda məruzələrlə çıxış etdilər. Çıxış edən şagirdlər uşaqların cəmiyyətdə rolu və onların hüquqlarının qorunmasından, onlara göstərilən qayğıdan, eləcə də müharibələr və soyqırımlarda valideyn himayəsindən məhrum olunan uşaqlardan, uşaq hüquqlarının kobudcasına pozulmasından bəhs etdilər. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı. Şagirdlərin sualları cavablandırıldı. Məktəbimizin direktoru Qiyas Quliyev bildirdi ki, uşaq hüquqlarının qorunması cəmiyyətimizin əsas vəzifələrindəndir. Məhz uşaqlara dövlət qayğısının gücləndirilməsi məqsədi ilə prezident İlham Əliyev 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncama əsasən 2009-cu il “Uşaq ili” elan olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi