" Tulantıların təbiətdə zərəri və təkrar emalı "

         Bu gün məktəbimizin biologiya müəllimi Ləman Abdullayevanın təşkilatçılığı ilə " Tulantıların təbiətdə zərəri və təkrar emalı " adlı dəyirmi masa keçirilmişdir. Məqsəd tullantıların təbiətdə zərəri və emalı haqqında məlumatlılığı artırmaq və maarifləndirmə işinin aparılması idi.
   Dəyirmi masada yuxarı sinif şagirdləri iştirak etmişlər. VII c və VIII ç sinfinin bir qrup şagirdi Buzovna qəsəbəsi sakinlərindən mövzu ətrafında müsahibə almış , IX ə sinfinin şagirdləri isə dəniz sahilində tullantıların , plastik kütlələrin yığılması işini görməklə ətrafda istirahət edən insanların marağına səbəb olmuşlar. Şagirdlərin bütün bu fəaliyyəti video çarx formasında dəyirmi masada təqdim olunmuş , təqdimatlar dinlənilmişdir.Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini S.Abbasova çıxışında şagirdlərə öz lazımı tövsiyyələrini vermiş və səmimi təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi