"Yaşıl məktəb"

             Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprel ayının 8-dən etibarən “ Yaşıl məktəb” aksiyasına start vermişdir.

     Bu gün məktəbdə “ Yaşıl məktəb” şüarı altında tədbir keçirilmişdir.

     Tədbirin keçirilməsində məqsəd ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək və onların sağlamlığının qayğısına qalmaqdır.

     Tədbir məktəbin biologiya müəllimlərinin S.Əmirova, S.Məmmədova, R.Əsgərova, L.Allahverdiyeva, D.Əliyevanın  təşkilatçılığı ilə həyata keçirilmişdir. Tədbirdə məktəbin direktor əvəzi Yaqut Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri S.Abbasova, Ü.Məmmədova, tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva və valideynlər iştirak etmişlər.

     Tədbirdə şagirdərin iştirakı ilə göstərilən flasmoblar, rəqslər və ifa etdikləri mahnılar iştirakçılar, o cümlədən valideynlər tərəfindən alqışlarla qarşılanmışdır.

     Tədbirin sonunda məktəbin direktoru əvəzi Y.Məmmədova çıxış edərək tədbirin mahiyyəti haqqında şagirdlərə maarifləndirici məlumat vermiş, tədbir təşkilatçılarına təşəkkürünü bildirərək, tədbirin sonunda onları diplomlarla təltif etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi