“GƏNC TAĞIYEVÇİLƏR”

                  Bu gün məktəbin 10 a sinfinin şagirdləri maraqlı layihə ilə cıxış etmişlər. Belə ki, Azərbaycan Respublikası Təhsil nazirinin 15. 01.2019 – cu il tarixli F 18 nömrəli əmrinin 3.1.9 standartına əsasən ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tədbiqi bölməsini rəhbər tutaraq 10a sinfinin şagirdləri H.Z.Tağıyevi özünə qəhrəman seçmiş, onun həyat yolunu işıqlandırmağa çalışmışlar. Şagirdlər H.Z,Tağıyevin həyatını əks etdirən kiçik kitabça və referatlar hazırlamış, portret və tikdirdiyi binaların maketini düzəltmişlər.

         Şagirdlər xeyriyyəçi H.Z.Tağıyevin adını götürməklə məhz onun yolunu davam etdirmək istəmişlər.Onlar “GƏNC TAĞIYEVÇİLƏR” qrupunu yaradaraq digər sagirdlərə nümünə olmuşlar. Bu baxımdan şagirdlərimiz müxtəlif səpgidə layihələr hazırlayaraq tədbirin başlanmasına start vermişlər.Əvvəlcə “Mən faydalandım, sən də faydalan” başlıqlı layihədə aşağı siniflər üçün daha yararlı olacaq tapşırıq və test kitabçalarını digər şagirdlərə paylamaq ,eyni zamanda mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə şagirdlər arasında kitab dəyişərək oxumaq vərdişini aşılamaq üçün “Kitab gətir, kitab götür” başlıqlı güşələr məktəb kitabxanasında yaradılmışdır.

Sonra onlar azyaşlı şagirdləri əyləndirmək, onların dərsə marağını artırmaq üçün məktəb ləvazimatlarının yer aldığı hədiyyə boğçaları hazırlamışlar. Əvvəlcə kiçik yaşlı şagirdlərlə müxtəlif intelektual oyunlar keçirilmiş, hədiyyə boğçaları şagirdlərə paylanılmışdır.

         Tədbirdə məktəbin direktor əvəzi Yaqut Məmmədova, təlim – tərbiyə işi üzrə direktor müavinləri Susilə Abbasova, Ülviyyə Məmmədova və tərbiyə işləri üzrə direktor müavini Fəzilə Əliyeva, məktəb kitabxana müdiri Sədaqət Əliyeva iştirak etmişlər. Məktəbin direktor əvəzi Yaqut Məmmədova əxlaqi – mənəvi dəyərlərin aşılanması üçün, sağlam düşüncəli , məntiqi təfəkkürlü, milli kökünə bağlı şagirdlərin yetişdirilməsi bügünkü təhsilin inkişafında ən vacib məsələlər olduğunu öz çıxışında qeyd etmişdir. O hər bir şagirdin gələcəkdə yararlı, savadlı və xeyirxah vətəndaş olmasını şagirdlərə tövsiyə etmişdir. Direktor müavini Susilə Abbasova da öz çıxışında gələcəkdə də bu cür tədbirlərin daha çox olmasını və bu cür tədbirlərin gələcək nəslin doğru yetişməsində böyük rolu olacağını vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi