"Love where you live" layihəsi

256 N-li tam orta məktəbdə ingilis dili müəllimi Məmmədova İlahə müəllimənin rəhbərliyi altında "Love where you live" "Yaşadığınız yeri sevin" layihəsi keçirildi. Məmmədova iLahə müəllimənin 8sinif şagirdləri ilə gördüyü bu iş tamamilə layihə metodikasının tətbiqinə əsaslanırdı. Layihə 3-4 həftə ərzində keçirildi. Şagirdlər 3 qrupa bölünərək mövzunu araşdırıb tətbiq etməyə başladılar. "Warner brothers" qrupu təbiətin qorunmasına aid olan xəbərdarlıq işarələrini araşdırıb maarifləndirici divar qəzetlər və geniş təqdimat hazırladılar. "Creative ideas" qrupu "Don't waste your waste" - "Tullantılarımızı israf etməyək" - prinsipini öndə tutaraq tullantı hesab etdiklərimizdən yeni əşyalar düzəltdilər. Onlar israfçılığın qarşısını almaq üçün bir çox köhnə və istifadə olunmuş, sınmış əşyalara yeni dizayn və görünüş verərək yeni əşyalar düzəltdilər və nümayiş etdirdilər. "İncredible ideas" qrupu isə tullantı hesab etdiyimiz qida qalıqlarını tullamaq əvəzinə onlardan təbii gübrə alınmasının daha faydalı olduğunu göstərmək üçün məktəbyanı sahədə torpağı belləyib qida qalıqlarını,qabıqlarını tökdülər və bir müddətdən sonra təbii gübrə əldə etdilər. Onlar qida qalıqlarının digər tullantılar ilə bir yerə atılmaması və eləcə də bütün tullantıların bir yerə atılmaması üçün "Smart bin" "Ağıllı zibilqabı" modeli - maketi hazırladılar. Şagirdlər "Smart bin" funksiyaları üçün təkliflər paketi də hazırladılar. Bütün bu işlər həm divar qəzeti, həm təqdimat şəklində nümayiş etdirdilər, həm də bloq ünvanında yayımladılar. İlahə Məmmədovanın rəhbərliyi ilə keçirilən bu layihə məktəbdə yüksək qiymətləndirildi, şagirdlər layihəni uğurla başa vurduqları üçün təltif olundu. Təbiəti qorumaq və bunu gələcək nəsillərə də aşılamaq lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi