Xocalısız 26 il

Xocalı faciəsi - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Şəhər erməni  dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu  qondarma Dağlıq Qarabağ Respublikası(DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhali, o cümlədən qadınlar, yaşlılar, uşaqlar işgəncələrə məruz qalaraq  girov götürüldülər, amansızcasına qətlə yetirildilər. Bu bəşəriyyət tarixində misli görünməmiş faciələrdən biri kimi qəbul edilmişdi.

Prezident Administrasiyasınının rəhbəri Ramiz Mehdiyevin əmri ilə bu il “Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə Tədbirlər Planı” hazırlanmış və aidiyyatı olan bütün müəssisələrə, o cümlədən orta ümumitəhsil məktəblərinə göndərilmişdir.

Məktəbimiz bu plana uyğun olaraq silsilə tədbirlər keçirilmiş, açıq dərslər, divar qəzetləri hazırlanmışdı. Bu gün faciənin 26-cı ildönümünə həsr olunmuş “ Xocalısız 26 il” anım tədbiri keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi