Qələnfil şəhid qanı

20 Yanvar  faciəsindən 28-ci il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq respublikanın bütün ümumtəhsil məktəblərində anım tədbirləri, sərgilər, konfranslar, sənədli filmlərin nümayişi keçirilir. Növbəti tədbir Xəzər rayonu 256 №-li tam orta məktəbdə keçirildi. Tədbir iştirakçılarına hadisələrlə bağlı geniş məlumat verildi. Şagirdlərin ifasında  ədəbi- bədii kompozisiya nümayiş etdirildi. Məktəbin direktoru V. Məmmədov çıxış edərək 20 Yanvar hadisələrinin əvəzsiz rolunu vurğuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi