Qış nağılı

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan  ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraniyada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Bu gün məktəbimizdə 31 - dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci il münasibəti ilə tədbir keçirildi. Qış nağılını xatırladan akt zalında müəllim və şagirdlər üçün maraqlı yeni il tamaşası hazırlanmışdı. Dövlət Himni səsləndikdən sonra  31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında tədbir iştirakçılarına geniş məlumat verildi. Ümummilli lider Heydər Əliyevin təkcə respublikada yox, sərhədlərimizdən kənarda yaşayan azərbaycanlıların birləşməsi yolunda həyata keçirdiyi genişmiqyaslı fəaliyyəti xüsusilə vurğulandı. Şagirdlərin ifasında səslənən rəngarəng şeirlər, mahnılar , rəqslər hər kəsin zövqünü oxşadı.

Sonda məktəbin direktoru Məmmədov Vasif çıxış edərək keçən 2017-ci ilin nailiyyətlərindən danışdı. Tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi və bütün kollektivi bayram münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi