Sən elə bir zirvəsən...

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.

            Bu gün  məktəbimizdə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Tədbirin əvvəlində umummilli liderin  xatirəsinə bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə ulu öndərin həyat və fəaliyyəti haqqında məktəbin direktoru V.Məmmədov geniş çıxış etdi. Sonra tədbir müəllimlərin və şagirdlərin çıxışları ilə davam etdirildi. Şagirdlər umummilli lider haqqında yazılan şeirlər söylədilər.

            Tədbirin ardı Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin hərbi hissəsində davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi