10 May Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü

10 May Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibəti ilə əlaqədar olaraq məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış etdi. Ulu öndərin həyat və fəaliyyətinin Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində (1969, 1983cü illər ) dövrü, 1983-1990 ci illər SSRİ Mərkəzi Komitəsindəki fəaliyyət dövrü və 1991--1993 -cü illər Naxçıvan dövrü və 1993 -cü il 15 iyun tarixindən 2003- ci il Müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi kimi apardığı uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verdi. Direktor qeyd etdi ki, Ulu Öndər , dahi rəhbər Azərbaycanda qarşı durmaya vətəndaş müharibəsinə qardaş qırğıınına son qoyaraq Azərbaycanın dağılmaq məhv olmaq təhlükəsindən xilas etdi. Azərbaycanın Silahlı Qüvvələrinin pərakəndəlikdən Ali Baş Komandan ətrafında birləşməsinə nail olaraq müharibəni sülh ilə əvəz edə bildi . Dahi rəhbər 1994-cü ildə 31 ölkənin 11 Beynəlxalq Təşkilatın nümayəndələrinin iştirakı ilə "Əsrin müqaviləsi"Neft kontraktı imzalandı. Sonda şagirdlərin Ulu Öndərə həsr edilmiş şeirlər və mahnılar səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi