16.03.2015 tarixind'ki Novruz şənliyimiz...

16.03.2015 tarixində 256 №-li tam orta məktəbin 5-ci sinif şagirdləri təntənəli Novruz tədbiri keçirdilər. Tədbir həmin sinfin sinif rəhbəri Məmmədova İlahə müəllimənin rəhbərliyi altında, məktəbin akt zalında keçirilmişdir. Uşaqlar üçün çox maraqlı oldu. Tədbirdə müxtəlif rəqslər göstərildi, haxışdalar, meyxanalar deyildi, "Tıq-tıq xanım" səhnəciyi göstərildi, kosa, keçəl, bahar qızı oldu, şeirlər söylənildi, eləcə də yumurta döyüşdürüldü, şagirdlərin özlərinin əl işləri olan müxtəlif formalı gözəl səmənilər nümayiş etdirildi. Şənliyimizə aid fotoşəkil və videolar da məhz bu xəbərdə yerləşdirilmişdir. Belə gözəl və maraqlı tədbir keçirilməsində 5-ci sinif şagirdlərinə xüsusi dəstək olan məktəbin direktoru Vasif Məmmədova təşəkkürümüzü bildiririk. Eləcə də bu işdə çox fəal iştirak edən, kömək olan 5-ci sinif valideynlərinə də xüsusi təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi