Gülzar İbrahimova ilə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş” layihəsi çərçivəsində məktəbimizdə "şagirdlərdə oxu bacarıqlarının inkişafı və mütaliəyə marağının artırılması" mövzusunda yazıçı , uşaqların sevimlisi Gülzar İbrahimova ilə görüş keçirilmişdir.Tədbirdə görüşün təşkilatçısı layihə mentoru Lamiyə Ələsgərova, layihə üzvləri ilə yanaşı məktəbin rəhbər heyəti və şagirdlər iştirak etmişdir.Görüş şagirdlərin böyük marağına səbəb olmuş,yazıçı şagirdlərə mütaliənin onların oxu bacarıqlarının inkişafında böyük rol oynadığından danışmış və öz fikirlərini onlarla bölüşmüşdür.