"Biliyini Paylaş" Layihəsi

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş” layihəsinə start verilib.İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Birinci mərhələdə layihə əsaslı tədris barədə məlumatlı olan, layihə əsaslı öyrənməni dərs prosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl müəllimlər müəyyənləşdiriləcək.

       1-ci mərhələni müvəffəqiyyət ilə yekunlaşdıran ibtidai sinif müəllimi Lamiyə Ələsgərova Hakim qızı layihənin Təşkilat Komitəsinin qərarına əsasən layihənin ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdır. Müəllimə "Həyatın bütün rəngləri kitablarda" adlı layihə ilə iştirak edərək uğur qazanmışdır.Layihə şagirdlərdə oxu bacarıqlarının inkişaf etdirilməsi və mütaliə marağının artırılması məqsədi ilə aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi