Şəhidlərimizin Xatirəsinə.

Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını ovutmaqla yanaşı, məhv edilən düşmənin min bir vəhşiliklə göstərdiyi azğın müqavimət xalqımıza yeni itkilər, kədər, hüzn də yaşatdı. Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən, yeni şəhidlər də verdi.Məktəbimizin körpə fidanları da Şəhidlərmizin xatirəsinə ithaf olaraq ağacəkmə aksiyası keçirdi.

Qeyd edək ki,Ali Baş Komandanımız, Prezident İlham Əliyev 44 gün davam edən Vətən Müharibəsi müddətində bütün çıxışlarında, müsahibələrində bildirib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq: «Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb». Tarixi Qələbəmizi reallaşdıran Ali Baş Komandanımız həm döyüş meydanında, həm də siyasi meydanda bir daha sübut etdi ki, haqq, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, Qarabağ Azərbaycandır! reallığını 44 gündə – mümkünsüzü mümkün etdik! Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi.Sizinlə fəxr edirik!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi