"Zəfər Günü" Konfransı

Məktəb rəhbərliyi,Tarix müəllimləri və şagirdlərin iştirakı ilə məktəbimizdə 'Zəfər Günü" adlı konfrans keçirilib.Konfrans Azərbaycan Respublikasının Himni ilə açıq elan olunub.

Daha sonra məktəbimizin Təlim-tərbiyə işləri üzrə Direktor Müavini İsmayılova Zülfiyyə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işgalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib.Bildirib ki, Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.Ardınca məktəbin Tarix müəllimləri Məmmədova Kamilə,Cəfərova Firuzə,Məmmədov Faiq dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldığını, düşmənin böyük itkilər verərək geri çəkilməyə məcbur olduğunu xatırladıblar.

Həmçinin "10a" sinif şagirdləri də çıxışı ilə konfransa öz töhfələrini qatıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi